...

Ağsuda bələdiyyəyə məxsus ərazidə yanğın olub

Hadisə Materials 17 Avqust 2016 09:09 (UTC +04:00)

Bakı. Trend:

Gecə saatlarında Ağsuda bələdiyyəyə məxsus sahədə yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Bəyimli və Padar kəndində (rayon mərkəzindən 20 km aralı) bələdiyyəyə məxsus dağlıq ərazidə 60 ha sahədə kol-kos və quru ot yanıb. Ətrafdakı otlaq sahələr yanğından mühafizə olunub.

Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti