...

DİN Gəncədəki qətllə bağlı məlumat yaydı

Hadisə Materials 18 Avqust 2016 13:00 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Gəncədəki qətl hadisəsi ilə bağlı məlumat yayıb.
DİN Gəncədəki qətllə bağlı məlumat yaydı

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Gəncədəki qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 17-də Gəncə şəhərinin Cavadxan qəsəbəsində yaşayan Məhəbbət Vəliyevanın evinə gəlmiş Samux rayon sakini, qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruslan Qurbanov ailə-məişət münaqişəsi zəminində ona və bacısı Nailəyə bıçaqla xəsarət yetirib. M.Vəliyeva hadisə yerində ölüb.

R.Qurbanov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək istintaqa təslim olub.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti