...

Bakıda yanğın baş verib

Hadisə Materials 13 Sentyabr 2016 04:45 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yaşayış binasında yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxinin, dəhlizinin, sanitar qovşağının lambirdən ibarət tavanı 20 m² sahədə ərimiş və mətbəx mebeli 3 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti