...

“Cahan Holding”in seyfini aparanlar tutuldu: içində 70 min manat var idi

Hadisə Materials 3 Oktyabr 2016 12:30 (UTC +04:00)
“Cahan Holding” MMC-nin filialından seyfi aparan şəxslər tutulub.
“Cahan Holding”in seyfini aparanlar tutuldu: içində 70 min manat var idi

Bakı. Trend:

“Cahan Holding” MMC-nin filialından seyfi aparan şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Xəzər RPİ, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da “Cahan Holding” MMC-nin Gəncə şəhər filialından quldurluq yolu ilə içərisində 61 250 manat və 6000 ABŞ dolları olan seyfi aparmış Gəncə şəhər sakini Asif Əliyev və Bakı şəhər sakini Vasif Əliyev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti