...

DGK: Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb (FOTO)

Hadisə Materials 13 Oktyabr 2016 12:36 (UTC +04:00)
Gömrükçülər külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıblar.
DGK: Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb   (FOTO)

Bakı. Trend:

Gömrükçülər külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti