...

Bakıda qohumunu güllələyən şəxsə prokuror cəza istəyəcək

Hadisə Materials 24 Oktyabr 2016 11:53 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Bakıda qohumunu güllələyən şəxsə prokuror cəza istəyəcək

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib və prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

İttihama görə, bu il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini M.Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb. M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti