...

Samux sakini 25 yaşlı qardaşını ölümcül döydü

Hadisə Materials 30 Oktyabr 2016 15:57 (UTC +04:00)
Samux rayonunun Qarabağlar kənd sakini İmamverdi Əliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi yardım Xəstəxanasına gətirilib
Samux sakini 25 yaşlı qardaşını ölümcül döydü

Bakı. Trend:

Samux rayonunun Qarabağlar kənd sakini İmamverdi Əliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi yardım Xəstəxanasına gətirilib.

Trend "ARB Kəpəz"-ə istinadən xəbər verir ki, 25 yaşlı yaralıya qapalı kəllə beyin travması, sağ əl və təpə nahiyəsinin çapılmış yaraları diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib.

Yaralının dediyinə görə, ona özündən bir yaş böyük qardaşı xəsarət yetirib. Qardaşı içkili olduğu vaxtlar aralarında tez-tez mübahisə yaşanır. Bu günkü mübahisə isə İmamverdi Əliyevin xəstəxanalıq olması ilə nəticələnib. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Mehman Hüseynov - Gəncə şəhər TTYX-nın həkimi: "Hazırda şöbədə xəstənin müayinə və müalicəsi aparılır. Ümumi vəziyyəti orta ağırdır. Sona kimi müalicəsi davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti