...

2 piyadanı vurub, Univermağa çırpıldı (FOTO)

Hadisə Materials 12 Noyabr 2016 00:07 (UTC +04:00)
Gəncədə yol qəzası baş verib
2 piyadanı vurub, Univermağa çırpıldı (FOTO)

Bakı. Trend:

Gəncədə yol qəzası baş verib.

"ARB Kəpəz"dən Trend-ə verilən məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Hundai Sonata" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolu keçən iki piyadanı vurub. Daha sonra isə yoldan çıxaraq Mərkəzi Univermağın birinci mərtəbəsində yerləşən mağazalardan birinə çırpılıb. Qəza nəticəsində xəsarət alan kişi və qadın xəstəxanaya aparılıb. Avtomobilə və obyektə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti