...

Bakıda beşmərtəbəli binada 9 elektrik sayğacı yanıb

Hadisə Materials 31 Dekabr 2016 15:57 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda beşmərtəbəli binada 9 elektrik sayğacı yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanmışdır.

Mənzillər yanğından mühafizə olunmuşdur.

Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti