...

59 yaşlı kişiyə qarşı quldurluq - Şəmkirdə

Hadisə Materials 18 Yanvar 2017 00:51 (UTC +04:00)
Şəmkir rayonunun Çinarlı qəsəbəsində quldurluq hadisəsi baş verib
59 yaşlı kişiyə qarşı quldurluq - Şəmkirdə

Bakı. Trend:

Şəmkir rayonunun Çinarlı qəsəbəsində quldurluq hadisəsi baş verib.

ARB Kəpəz-dən Trend-ə verilən məlumata görə, Gəncə sakini 59 yaşlı Namiq Babayevin idarə etdiyi VAZ 2107 markalı avtomobilə əyləşən şəxs, onu yaşadığı Seyfəli kəndinə aparmasını xahiş edib. Yolun yarısında avtomobilin idarəetməsinə mane olan sərnişin sürücüyə bıçaqla müxtəlif bədən xəsarətləri yetirib.

Daha sonra Namiq Babayevi avtomobilindən düşürərək, cibindəki pulu və telefonu çıxardıqdan sonra həmin avtomobilə əyləşərək, ərazidən uzaqlaşıb. Yaralı isə ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstənin vəziyyəti ağır olduğundan Gəncədəki özəl klinikalardan birinə yerləşdirilib. Dərhal əməliyyata keçən Şəmkir rayon polis şöbəsi əməkdaşlarının səyi nəticəsində Namiq Babayevə məxsus avtomobil tapılıb.

Məlum olub ki, hadisəni törədən şəxs onu avtomobil təmiri ilə məşğul olan bir nəfərə 500 manata satıb. Hazırda avtomobili alan şəxs polis şöbəsinə çağrılsa da, quldurluq faktını törədənin kimliyi hələ ki, məlum deyil. Baş verən cinayət faktı ilə əlaqədar istintaq əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti