...

Sabiq futbolçu gəmidə vəfat edib - TƏFƏRRÜATLAR

Hadisə Materials 6 Fevral 2017 13:23 (UTC +04:00)
"Kaspian Marin Servisez Limited" şirkətin idarə etdiyi gəmidə baş vermiş hadisə haqqında məlumat yayıb.
Sabiq futbolçu gəmidə vəfat edib - TƏFƏRRÜATLAR

Bakı. Trend:

"Kaspian Marin Servisez Limited" şirkətin idarə etdiyi gəmidə baş vermiş hadisə haqqında məlumat yayıb.

Trend şirkətin Azərbaycandakı filialına istinadən xəbər verir ki, fevralın 5-də şirkətin idarə etdiyi gəmilərdən birinin kapitanı, 1960-cı il təvəllüdlü Elşən Həsənov gəmidə vəfat edib.

Gəmi Cənub hövzəsində kanalın dibdərinləşdirmə işlərini həyata keçirir. Mərhum gecə saatlarında işarası istirahət vaxtı öz kayutunda yatan zaman vəfat edib.

Qeyd edək ki, sabiq futbolçu olan E.Həsənov 1980-ci illərdə "Neftçi", eləcə də "Qarabağ" klublarında iştirak edib. Bir müddət isə Yevlaxın "Avtomobilçi" komandasının baş məşqçisi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti