...

Bakıda yol qəzası baş verib: yaralı var

Hadisə Materials 18 Fevral 2017 07:27 (UTC +04:00)
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib
Bakıda yol qəzası baş verib: yaralı var

Bakı. Trend:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:06-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti