...

Babək prospektində tixac - Səbəb qəza

Hadisə Materials 12 Mart 2017 20:00 (UTC +04:00)
Axşam saatlarında paytaxtın Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib
Babək prospektində tixac - Səbəb qəza

Bakı. Trend:

Axşam saatlarında paytaxtın Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in verdiyi məlumata görə, 2 minik avtomobilinin toqquşması nəticəsində yaralıların olduğu bildirilir.

Hadisə yerinə 2 təcili yardım maşını və yol polisi cəlb edilib. Prospektin şəhər istiqamətində hərəkət hissəsində hazırda tıxac yaranıb.

Qəza törətmiş avtomobillərin ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülür.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti