...

Qərargah 2 gün əvvəl dənizdə tapılan meyitlə bağlı məlumat yayıb

Hadisə Materials 8 Aprel 2017 13:00 (UTC +04:00)
Qərargah həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində 2 gün əvvəl dənizdə tapılan meyitlə bağlı məlumat yayıb.
Qərargah 2 gün əvvəl dənizdə tapılan meyitlə bağlı məlumat yayıb

Bakı. Trend:

Qərargah həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində 2 gün əvvəl dənizdə tapılan meyitlə bağlı məlumat yayıb.

Axtarış – Xilasetmə Qərargahından Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 6 – sı aşkar edilən kişi meyitinin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1971 – ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Xəbər lenti

Xəbər lenti