...

Balakəndə 8 otaqlı ev yanıb

Hadisə Materials 24 Aprel 2017 13:50 (UTC +04:00)
Balakən rayonunda vətəndaşa məxsus 8 otaqlı evdə yanğın olub.
Balakəndə 8 otaqlı ev yanıb

Bakı. Trend:

Balakən rayonunda vətəndaşa məxsus 8 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 280 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyü və 2-ci mərtəbəsinin tavanı 140 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti