...

Naxçıvan DİN 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 8 May 2017 20:28 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi baş vermiş qəzayla bağlı məlumat yayıb.
Naxçıvan DİN 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi baş vermiş qəzayla bağlı məlumat yayıb.

Trend-in məlumatına görə, mayın 7-də, saat 21:00 radələrində Naxçıvan-Sədərək magistral avtomobil yolunda - Kəngərli rayonunun Qıvraq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

1990-cı il təvəllüdlü Şərur rayonunun Arbatan kənd sakini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş serjantı Ələkbərov Nuran Sadıq oğlunun idarə etdiyi 68-BC-222 dövlət qeydiyyat nişanlı "Mersedes benz E-240" markalı minik avtomobili ilə 1973-cü il təvəllüdlü Naxçıvan şəhər sakini, hərbi qulluqçu Eminov Mirnemət Mirhəsən oğlunun idarə etdiyi 75-BC-080 dövlət qeydiyyat nişanlı "VAZ-21214" markalı minik avtomobili toqquşub.

Hadisəyə yağan güclü yağış nəticəsində yaranmış sel və palçıq qatı səbəb olub. Qəza nəticəsində ağır bədən xəsarəti alan Ələkbərov Nuran Sadıq oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Ələkbərova Şəmsiyyə Elçin qızı, oğlu 2013-cü il təvəllüdlü Ələkbərov Sadıq Nuran oğlu və digər avtomobilin sürücüsü Eminov Mirnemət Mirhəsən oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Göstərilən tibbi yardıma baxmayaraq onlar mayın 8-də dünyasını dəyişiblər.

Hadisə ilə bağlı Kəngərli Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti