...

Tehran Seysmoloji Xidməti: Saatıldakı zəlzələ İranda da hiss olunub

Hadisə Materials 11 May 2017 10:12 (UTC +04:00)
Saatlıda baş verən zəlzələ İran ərazisində də hiss olunub
Tehran Seysmoloji Xidməti: Saatıldakı zəlzələ İranda da hiss olunub

Bakı. Ümid Niayeş - Trend:

Saatlıda baş verən zəlzələ İran ərazisində də hiss olunub. Trend-in məlumatına görə, bu barədə məlumatı Tehran Seysmoloji Xidməti təsdiqləyib.

Tehran Seysmoloji Xidmətindən verilən məlumata görə, episentri Saatlıda qeydə alınan yeraltı təkanlar əsasən Ərdəbil və Mişkinşəhrdə hiss olunub.

Xəsarət alanlar olması barədə məlumat verilməyib. Həmin şəhərlərdə dağıntıların olub-olmamasının araşdırlması üçün əraziyə xüsusi operativ qruplar göndərilib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24:19-da Saatlıda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dağıntı və tələfat haqqında məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti