...

Bakıda metaləritmə sexi yanıb: 2 nəfər xəsarət alıb

Hadisə Materials 20 May 2017 21:25 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda metaləritmə sexi yanıb: 2 nəfər xəsarət alıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan metaləritmə sexinin ərazisində 10 m2 sahədə stol-stul, 1 ədəd rəf və 1 ədəd elektrik lövhəsi yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarətləri alıblar.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti