...

Vəkil Fikrət Fərəməzoğluna bəraət istədi

Hadisə Materials 9 İyun 2017 17:12 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil Fikrət Fərəməzoğluna bəraət istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Rlçin Sadıqov müdafiə çıxışı edib. Vəkil F. Fərəməzoğluna bəraət istəyib.

Daha sonra F. Fərəməzoğlu son söz demək istəsə də, məhkəmə təqsirləndirilən şəxsin son sözünü növbəti prosesə saxlayıb. İş üzrə növbəti məhkəmə prosesi iyunun 14-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror F.Fərəməzoğlunun 3 il jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla fakt təsdiqini tapıb. 2016-cı il iyunun 30-da Fikrət Fərəməzoğlu şikayətçidən 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.Fərəməzoğlu barəsində həbs-qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti