...

Yaxtadan yıxılan fitnes məşqçisinin meyiti tapıldı

Hadisə Materials 29 İyun 2017 15:00 (UTC +04:00)
Bakıda dənizdə batan modelin meyiti tapılıb.
Yaxtadan yıxılan fitnes məşqçisinin meyiti tapıldı

Bakı. Samir Əli - Trend:

Bakıda dənizdə batan modelin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Günel Mirzəyevanın meyiti iyunun 29-da səhər saatlarında aşkar edilərək sudan çıxarılıb.

Qeyd edək ki, Günel Mirzəyeva iyunun 27-də Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta aşıb və nəticədə iki nəfər dənizə yıxılıb. G.Mirzəyeva üzə bilmədiyindən dənizdə batıb.

G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti