...

Bakıda silah satan şəxs tutulub (FOTO)

Hadisə Materials 29 İyun 2017 15:21 (UTC +04:00)
Bakıda Belçika istehsalı olan tapançanı satmaq istəyən şəxs polislər tərəfindən saxlanılıb.
Bakıda silah satan şəxs tutulub (FOTO)

Bakı. Trend:

Bakıda Belçika istehsalı olan tapançanı satmaq istəyən şəxs polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi və satışının qarşısının alınması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 7-ci Polis Bölməsinə (PB) əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Sadıx Sadıxovun odlu silah satmaq istədiyi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Sadıxov Binəqədi rayonu ərazisində bir ədəd Belçika istehsalı olan "Browings Patent" markalı odlu silahı satmaq istəyən zaman saxlanılıb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay bundan əvvəl tapdığını və həmin vaxtdan bəri üzərində gəzdirdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti