...

10 kq-dan artıq narkotik tərkibli bitkilər satan şəxs tutulub (FOTO)

Hadisə Materials 30 İyun 2017 17:26 (UTC +04:00)
Yabanı halda bitən narkotik tərkibli bitkiləri yığaraq satmaq istəyən şəxs Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
10 kq-dan artıq narkotik tərkibli bitkilər satan şəxs tutulub (FOTO)

Bakı. Trend:

Yabanı halda bitən narkotik tərkibli bitkiləri yığaraq satmaq istəyən şəxs Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və alqı-satqısı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib. Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Yevlax rayonunda bir nəfərin narkotik vasitələri alqı-satqısı ilə məşğul olduğu barədə əməliyyat məlumat daxil olub.

Dərhal Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıb. Həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən ünvanda Şəki şəhər sakini, Bəxtiyar Paşabəyov şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib.

Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından külli miqdarda marixuana aşkar edilərək götürülüb. Ekspertiza zamanı B.Paşabəyovdan aşkar edilən narkotik vasitənin ümumi çəkisinin 10 kiloqram 800 qram olduğu müəyyən edilib. Saxlanılan şəxs ifadəsi zamanı narkotik tərkibli bitkiləri Şəkidə meşə massivində yabanı halda bitən ərazidən yığdığını və qurudandan sonra satmaq niyyəti ilə Yevlax rayonuna gətirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti