...

12 min manatlıq qızıl oğurlayan şəxs yaxalanıb

Hadisə Materials 11 Avqust 2017 20:12 (UTC +04:00)
Paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmin Cəfərov tutulub.
12 min manatlıq qızıl oğurlayan şəxs yaxalanıb

Bakı. Trend:

Paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmin Cəfərov tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərdən birindən 1700 manat, 75 ABŞ doları, habelə 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Cəfərov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti