...

Moskvada terror aktları planlaşdıran şəxslər saxlanılıb

Hadisə Materials 14 Avqust 2017 14:23 (UTC +04:00)
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva terror aktları həyata keçirməyi planlaşdıran qruplaşma üzvlərini saxlayıb
Moskvada terror aktları planlaşdıran şəxslər saxlanılıb

Bakı. Trend:

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada terror aktları həyata keçirməyi planlaşdıran qruplaşma üzvlərini saxlayıb.

Trend-in məlumatına görə, bu qruplaşmaya 1 Rusiya vətəndaşı və 3 Mərkəzi Asiya ölkələri vətəndaşı daxil olub.

Məlumatda qeyd olunur ki, həmin şəxslərin nəqliyyat vasitələrində və Moskvada iri ticarət mərkəzlərində partlayışlar törətməsinin qarşısı alınıb.

Saxlanılanlar arasında İŞİD üzvünün də olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti