...

Bakıda 7 otaqlı mənzil yanıb

Hadisə Materials 19 Avqust 2017 03:36 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda 7 otaqlı mənzil yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 245 m2 olan 7 otaqlı mənzilin 1 otağında 1 ədəd paltaryuyan maşın, 1 ədəd suqızdırıcı və 1 ədəd ütü masası yanıb. Yanğın zamanı yüksək temperaturdan asma tavan 3 m2 sahədə əriyib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti