...

Sabunçuda yanğın söndürülüb

Hadisə Materials 23 Avqust 2017 07:24 (UTC +04:00)
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 45 ton ot bağlaması yanıb
Sabunçuda yanğın söndürülüb

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 45 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yaxınlıqdakı ev və tövlə yanğından mühafizə olunub. Yanğın saat 04:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti