...

Bulvarda tapılan qadın meyitinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb

Hadisə Materials 23 Avqust 2017 14:23 (UTC +04:00)
Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb.
Bulvarda tapılan qadın meyitinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb

Bakı. Trend:

Avqustun 8-də saat 15 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, meyitin əlamətləri: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.

Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub.

Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail RPİ-nin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti