Bakı. Trend:
Salyan rayonunda avtomobil qəzasında azyaşlı ölüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 18-də saat 21 radələrində Salyan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini - azyaşlı Ayxan Əhmədov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.