...

Qusarda yeniyetmə qonşusunun tövləsini yandırıb

Hadisə Materials 4 Noyabr 2017 14:36 (UTC +04:00)
Qusarda yardımçı təsərrüfatda yanğın hadisəsi baş verib.
Qusarda yeniyetmə qonşusunun tövləsini yandırıb

Bakı. Trend:

Qusarda yardımçı təsərrüfatda yanğın hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 3-də saat 1.00 radələrində Qusar rayonunun Üzdən-oba kəndində yaşayan Yarmət Nurmətovun həyətindəki sahəsi 48 kv.m. olan yardımçı təsərrüfat yandırılıb. Nəticədə yanar konstruksiyalar yanıb, oradakı 1 baş inək tələf olub.

Hadisəni törətməkdə şübhəli bilinən qonşuluqda yaşayan yeniyetmə Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti