...

Rusiyada təyyarə qəzası: 6 nəfərin meyiti tapılıb

Hadisə Materials 15 Noyabr 2017 11:22 (UTC +04:00)
Rusiyanın Xabarovsk diyarında təyyarə qəzaya uğrayıb.
Rusiyada təyyarə qəzası: 6 nəfərin meyiti tapılıb

Bakı. Trend:

Rusiyanın Xabarovsk diyarında təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 6 nəfərin meyiti tapılıb. Sağ qalan qız uşağının vəziyyətini həkimlər ağır qiymətləndirir.

"Xabarovsk Hava Yolları"na məxsus L-410 tipli təyyarənin eniş zamanı qəzaya uğradığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Hadisəyə səbəb kimi 3 versiya irəli sürülür: əlverişsiz hava şəraiti, pilotun səhvi, texniki nasazlıq.

16 noyabr matəm günü elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti