Abşeron rayonunda qazanxanada yanğın olub

Hadisə Xəbər 19 Noyabr 2017 21:32 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonunda ümumi sahəsi 35 m² olan qazanxananın taxtadan ibarət divar üzlüyü 20 m² sahədə və 5 p.m elektrik kabeli yanıb.

Qazanxananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti