...

Şəmkirdə ev, Bakıda "Mersedes" yanıb

Hadisə Materials 2 Dekabr 2017 00:42 (UTC +04:00)
Şəmkir rayonunda 2 otaqlı ev yanıb.
Şəmkirdə ev, Bakıda "Mersedes" yanıb

Bakı. Trend:

Şəmkir rayonunda 2 otaqlı ev yanıb.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, rayonun Keçili kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 15 m² sahədə və 1 ədəd soyuducu yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik avtomobilinin salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti