...

Külli miqdarda narkotik müsadirə olunub

Hadisə Materials 27 Dekabr 2017 11:59 (UTC +04:00)
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının ötən gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu qanunazidd əməllə məşğul olan şəxslər məısuliyyətə cəlb olunub, külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Külli miqdarda narkotik müsadirə olunub

Bakı. Trend:

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının ötən gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu qanunazidd əməllə məşğul olan şəxslər məsuliyyətə cəlb olunub, külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən şübhəli bilinən 3 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib.

Araşdırmalar zamanı onların şəhər sakinləri Rəşad İsrafilov, əvvəllər məhkum olunmuşlar Sabir Novruzov və Yalçın Məmmədov olduqları müəyyən edilib. Üzərlərinə baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisinin 1 kiloqram 270 qram – R.İsrafilovdan 440, S.Novruzovdan 440 və Y.Məmmədovdan 390 qram marixuana olması barədə rəy verilib.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti