...

Hindistanda ofis binasının yanması nəticəsində 14 nəfər ölüb

Hadisə Materials 29 Dekabr 2017 05:30 (UTC +04:00)
Hindistanın Mumbai şəhərində ofis binasında baş verən yanğın nəticəsində ən azı 14 nəfər ölüb, 10 nəfərə yaxın insan xəsarət alıb
Hindistanda ofis binasının yanması nəticəsində 14 nəfər ölüb

Bakı. Trend:

Hindistanın Mumbai şəhərində ofis binasında baş verən yanğın nəticəsində ən azı 14 nəfər ölüb, 10 nəfərə yaxın insan xəsarət alıb.

Trend-in NDTV telekanalına istinadən verdiyi məlumata görə, hadisə dekabırın 28-də, Kamala Mills kompleksindəki binalardan birində baş verib.

Məlumata əsasən, hadisəyə səbəb qısa qapanma olub.

Qeyd olunur ki, Kamala Mills-də şəhərin ən popyular əyləncə mərkəzləri yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti