...

İDDİA: ABŞ hərbçiləri Türkiyədə aztəminatlı ailələrdən uşaqlar alıb

Hadisə Materials 9 Yanvar 2018 09:41 (UTC +04:00)
Türkiyənin Adana vilayətindəki "İncirlik" aviabazasında yerləşmiş amerikalı hərbçilər iki azyaşlının qanunsuz yolla alaraq ABŞ-a göndəriblər.
İDDİA: ABŞ hərbçiləri Türkiyədə aztəminatlı ailələrdən uşaqlar alıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Adana vilayətindəki "İncirlik" aviabazasında yerləşmiş amerikalı hərbçilər iki azyaşlını qanunsuz yolla alaraq ABŞ-a göndəriblər.

Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

Bildirilir ki, amerikalı hərbçilər 1980-1990-cı illərdə də Adana vilayətində aztəminatlı ailələrdən bir neçə dəfə uşaq alıblar.

Hazırda övladlarını ABŞ hərbçilərinə satan ailələr dəqiqləşdirilir.

Türkiyə hakimiyyəti bu barədə hələ rəsmi açıqlama verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti