Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatının Santa-Barbara bölgəsində güclü yağıntıların səbəb olduğu daşqın və torpaq sürüşmələri ilə əlaqədar 10 minə yaxın sakinin təxliyəsi tələb olunur.
Trend-in məlumatına görə, Montesito qəsəbəsinin demək olar ki, bütün sakinləri təxliyə olunacaq.
Santa-Barbara bölgə rəhbərliyi sakinlərin bir-iki həftə ərzində evlərinə qayıda bilməyəcəyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl bölgədə daşqınlar nəticəsində 17 nəfərin ölümü və 8 nəfərin itkin düşməsi təsdiqlənmişdi.