Bakı. Trend:
Qazax rayonunda yanğın olub.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, ümumi sahəsi 90 m² olan köməkçi tikilinin mətbəxinin yanar konstruksiyaları 28 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.