...

37 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib

Hadisə Materials 27 Yanvar 2018 16:04 (UTC +04:00)
Ötən il 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
37 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib

Bakı. Trend:

Ötən il 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Trend-in verilən məlumatına görə, bu barədə Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyilib.

Qeyd edilib ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti