...

Bakıda OLAY - Vərəm xəstəsi olan müəllimə görə şagird və müəllimlər müayinəyə cəlb olundu

Hadisə Materials 14 Fevral 2018 10:42 (UTC +04:00)
Bakı şəhərinin mərkəzi məktəblərinin birində müəllimənin vərəm xəstəsi olması barədə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna məlumat daxil olub.
Bakıda OLAY - Vərəm xəstəsi olan müəllimə görə şagird və müəllimlər müayinəyə cəlb olundu

Bakı. İlhamə İsabalayeva – Trend:

Bakı şəhərinin mərkəzi məktəblərinin birində müəllimənin vərəm xəstəsi olması barədə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna məlumat daxil olub.

Bunu Trend-ə institutunun direktoru Həqiqət Qədirova deyib.

Hazırda bu məsələnin araşdırıldığını deyən H.Qədirova qeyd edib ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb:

“Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün”.

H.Qədirova qeyd edib ki, xəstə müəllimənin işlədiyi məktəbdə həm Ağciyər Xəstəlikləri İnstitutu, həm 1 saylı Vərəm Əleyhinə Dispanser, həm də Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazım olan tədbilər həyata keçirilir:

"Məktəbdə həm şagirdlərin, həm də müəllimlərin müayinəsi aparılır. Müayinələr təxminən 1 həftə ərzində başa çatacaq. Ondan sonra məktəbdə vərəmlə bağlı vəziyyətin necə olduğu aydın olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti