...

Qubada bıçaqlanma hadisəsi baş verib

Hadisə Materials 19 Fevral 2018 11:49 (UTC +04:00)
Qubada bıçaqlanma hadisəsi baş verib.
Qubada bıçaqlanma hadisəsi baş verib

Bakı. Trend:

Qubada bıçaqlanma hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, fevralın 18-də şəhər sakini Orxan Süleymanovun qarın boşluğundan aldığı xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rəşad Hacıyev şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Quba RPŞ -nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti