...

Vertolyot qəzaya uğradı: 3 nəfər həlak oldu

Hadisə Materials 21 Fevral 2018 03:46 (UTC +04:00)
Ekvadorda R44 vertolyotunun okeana düşməsi nəticəsində 3 nəfər həlak olub
Vertolyot qəzaya uğradı: 3 nəfər həlak oldu

Bakı. Trend:

Ekvadorda R44 vertolyotunun okeana düşməsi nəticəsində 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, insident Manabi əyalətində San-Mateo çimərliyinin yaxınlığında baş verib.

Hadisə yerinə dərhal xilasedicilər, polis və Ekvador HHQ-nin dəstəsi cəlb edilib.

Ölənlərin cəsədləri vertolyotun salonundan çıxarılaraq qayıqla San-Mateo limanına gətirilib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti