...

Gürcüstandan Azərbaycana gələn sürücünün cibindən narkotik vasitə çıxıb (FOTO)

Hadisə Materials 1 Mart 2018 10:26 (UTC +04:00)
Çəkisi 0,3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Gürcüstandan Azərbaycana gələn sürücünün cibindən narkotik vasitə çıxıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı, avtomobilin sürücüsünün şalvarının cibində bir ədəd bükümdə, qablaşdırılması ilə birgə çəkisi 0,3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti