Gəncədə qadının bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Hadisə Xəbər 17 Mart 2018 16:45 (UTC +04:00)
Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini S.Hüseynalıyeva bank hesabından 791 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.
Gəncədə qadının bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini S.Hüseynalıyeva bank hesabından 791 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini Əfqan Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti