Masallıda 8 otaqlı evdə yanğın olub

Hadisə Xəbər 21 Mart 2018 04:23 (UTC +04:00)

Bakı. Trend:

Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Mahmudavar kəndində ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 2 otaq və dəhlizin, ikinci mərtəbəsində 2 otaq və dəhlizin yanar konstruksiyaları ümumilikdə 160 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti