Bakı. Trend:
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 10 ədəd sayğac və 2 p.m elektrik kabeli yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.