...

DİN: Goranboyda 7 il əvvəl bacısını öldürən şəxs tutuldu

Hadisə Materials 30 Mart 2018 12:02 (UTC +04:00)
2011-ci ildə baş verən qətlin üstü açılıb.
DİN: Goranboyda 7 il əvvəl bacısını öldürən şəxs tutuldu

Bakı. Samir Əli - Trend:

Martın 27-də Goranboy Rayon Polis Şöbəsinə 7 il əvvəl baş vermiş qətl hadisəsi barədə məlumat daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, araşdırmalarla 2011-ci ilin sentyabr-oktyabr aylarında əvvəllər məhkum olunmuş Aydın Hüseynovun yaşadıqları İrəvanlı kəndindəki evdə münaqişə zəminində bacısı Raxşəndəni boğaraq qətlə yetirməsi, sonra onun meyitini qardaşı Adillə birgə həyətdəki tikilinin zirzəmisində basdırmaları müəyyən edilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyitin basdırıldığı, hazırda Aydın Hüseynovun yaşadığı evin zirzəmisinə baxış keçirilib.

R.Hüseynovanın meyitinin qalıqları eksqumasiya edilib.

Polis əməkdaşları tərəfindən hər iki şəxs saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti