...

Bakıda oğurluq edən Göyçay sakini saxlanıldı

Hadisə Materials 2 Aprel 2018 14:44 (UTC +04:00)
Paytaxt ərazisində bir neçə mağazadan mobil telefon oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakıda oğurluq edən Göyçay sakini saxlanıldı

Bakı. Trend:

Paytaxt ərazisində bir neçə mağazadan mobil telefon oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki mağazadan ümumilikdə 7 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Göyçay rayon sakini Yusif Sadıqov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti