...

Aeroport boşadıldı - Bombey sözü səhvən "bomba" oxunub

Hadisə Materials 9 Aprel 2018 14:32 (UTC +04:00)
Avstraliyanın Brisben hava limanında sərnişinlər üzərində qorxulu yazı olan çanta aşkar edib.
Aeroport boşadıldı - Bombey sözü səhvən "bomba" oxunub

Bakı. Trend:

Avstraliyanın Brisben hava limanında sərnişinlər üzərində qorxulu yazı olan çanta aşkar edib.

Trend-in məlumatına görə, çantanın üzərində əl ilə “Bomb to Brisbane” (Brisbenə bomba) yazılıb.

Polis sərnişinləri aeroport binasını tərk etməyə çağırıb.

Aparlan araşdırma nəticəsində məlum olub ki, çanta 65 yaşlı Mumbay şəhər sakininə məxsus olub. Qadın kağıza şəhərin köhnə adı olan Bombey sözünü qısa formada yazıb.

Polislər çantanın təhlükə törətmədiyini müəyyən etdikdən sonra qadın azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti