...

Babək prospektində vurulan piyada hadisə yerində ölüb

Hadisə Materials 13 Aprel 2018 13:56 (UTC +04:00)
Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Babək prospektində vurulan piyada hadisə yerində ölüb

Bakı. Trend:

Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Orxan Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zaur Osmanovu və Beyləqan rayon sakini Gülarə Rəfiyevanı vurub.

Nəticədə G.Rəfiyeva hadisə yerində ölüb, Z.Osmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti