Bakı. Trend:
Moskvadan Ermənistanın Gümrü şəhərinə reys həyata keçirən təyyarə Mineralnıye Vodı şəhərində təcili eniş etməli olub.
Trend-in məlumatına görə, enişə təyyarənin göyərtəsində sərnişinlərdən birinin siqaret çəkməsi səbəb olub.
Qeyd olunur ki, sərnişinin siqaret çəkməsinin qarşısını almaq mümkün olmadıqda, pilot polisə məlumat verməklə eniş etməyə qərar verib.
Mineralnıye Vodı hava limanında həmin şəxs polis bölməsinə aparılıb.